Cəlilabadda ağır qəza, 3 nəfər öldü

Cəlilabadda ağır qəza, 3 nəfər öldü

Fevralın 5-də Cəlilabad rayonunun Göytəpə şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.

SİA xəbər verir ki, qəza nəticəsində 3 nəfər ölüb, 4 nəfər müxtəlif növ bədən xəsarəti alıb.

Belə ki, Ələt-Astara magistral yolunun Cəlilabad rayonu ərazisində Astara rayonu istiqamətində hərəkətdə olan “BMW” markalı minik avtomobili qarşı istiqamətdə hərəkət edən “VAZ 2107” markalı minik avtomobili ilə toqquşub.

Daha sonra zərbənin təsirindən “VAZ 2107” markalı minik avtomobili əks istiqamətdən gələn “Atika” markalı yük avtomobilinə çırpılıb.

Yol-nəqliyyat hadisəsi nəticəsində Cəlilabad rayonunun Maşlıq kənd sakinləri – Adıgözəlov Tural İntiqam oğlu, Quliyev Mürsəl Alim oğlu və İsmayılzadə Qorxmaz Rahim oğlu hadisə yerində dünyasını dəyişib.

Yol qəzasında Maşlıq kənd sakinləri Vəlizadə Kamran İbadulla oğlu, Şahbazov Hacıbala Balabəy oğlu, Eyvazov Cahid Təbiət oğlu və Cəlilabad şəhər sakini İsmayılov Balasər Həsən oğlu isə müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə