Zəncirvari yol qəzası olub, xəsarət alan var

Zəncirvari yol qəzası olub, xəsarət alan var

Göyçayda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alan var. SİA xəbər verir ki, hadisə rayonun Natavan küçəsində qeydə alınıb.

Belə ki, "Ford", "Chevrolet" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər rayon sakini müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Yaralı dərhal Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə