Bakıda avtomobili qaçıran şəxs tutulub

Bakıda avtomobili qaçıran şəxs tutulub

Bakıda avtomobili qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində yanvarın 7-də Beynəlxalq Avtovağzal Kompleksi ərazisindən Bakı şəhər sakini O.Məmmədova məxsus “VAZ-2104” markalı avtomobili qaçırmaqda şübhəli bilinən Masallı rayon sakini K.Mikayılov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə