Dəmiryolu stansiyasından oğurluq edən şəxslər saxlanılıb

Dəmiryolu stansiyasından oğurluq edən şəxslər saxlanılıb

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Şabran dəmir yolu stansiyası ərazisindən şirkətlərdən biri üçün xaricdən göndərilmiş 1 ton 700 kiloqram dəmir dayaqları, qayışları, şveller və digər metal oturacaqları oğurlamağa cəhd göstərən, oranın işçiləri olan Şabran rayon sakinləri - yük qəbul edicisi F.Mahmudov, post növbətçisi X.Kazımov, qatar tərtibatçısı E.Ağayev və yük-qatar təhvil vericisi Z.Ağarzayev saxlanılıb. SİA-nın verdiyi məlumata görə, bu barədə DİN Mətbuat Xidməti məlumat yayıb

Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə