Dünən 102 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Dünən 102 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları ötən sutka ərzində 101 yanğına çıxış və 1 köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçiriblər. FHN-in Mətbuat Xidmətindən SİA-ya bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, FHN-in qüvvələri ötən sutka ərzində iki nəfər azyaşlını xilas ediblər.

Nazirlik üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə