Tovuzda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Tovuzda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

SIA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.

1976-cı il təvəllüdlü Aygün Hüseynova, 1970-ci il təvəllüdlü Ağgül Rüstəmova və 2008-ci il təvəllüdlü Hüseynova Mədinə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Xəstələrə tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

İlkin məlumata görə, onlar yaşadıqları evdə dəm qazından zəhərləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə