ABŞ-ın Rusiyaya sanksiya xəbərdarlığı

ABŞ-ın Rusiyaya sanksiya xəbərdarlığı

ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ-ın sanksiyalarının təsirini azaltmaq üçün Çinlə sıx münasibətlər Moskvaya tətbiq ediləcək iqtisadi sanksiyaların nəticələrinə cavab verməyəcək.

SİA xəbər verir ki, gündəlik mətbuat konfransında Rusiya-Ukrayna böhranı ilə bağlı açıqlama verən Prays Rusiyanın Ukraynaya müdaxiləsi halında ABŞ-ın ağır sanksiyalarına məruz qalacağını bir daha vurğulayıb.

Rusiyanın bu sanksiyaların təsirini azaltmaq üçün Çinlə sıx əlaqələr qurmağa çalışdığı sualını cavablandıran Prays Ukraynanın işğalının təkcə bu ölkə və Avropaya deyil, Çin də daxil olmaqla regiondan kənar ölkələrə də təsir edəcəyini bildirib.

Prays qeyd edib ki, ABŞ dövlət katibi Entoni Blinken çinli həmkarı xarici işlər naziri Vanq Yi ilə görüşündə Rusiyanın təcavüzünün yaratdığı qlobal təhlükəsizlik və iqtisadi risklərin çox ciddi olacağını deyib və Çinin də bundan təsirlənəcəyini xatırladıb.

Mümkün bir işğalın Rusiyaya çox ağır maliyyə xərclərinin olacağını vurğulayan Prays "Əgər Rusiya bu nəticələrin bəzilərini aradan qaldırmaq, bu nəticələrin bəzilərini Çinlə daha yaxın əlaqələr qurmaqla yumşaltmaq iqtidarında olacağını düşünürsə, bu, belə deyil. Bu, əslində Rusiya iqtisadiyyatını bir çox cəhətdən daha kövrək edəcək. Məsələn, əsas texnologiyaların əsas girişlərinin haradan gəldiyinə baxsanız, onlar hələ də Qərbdən gəlirlər. Onlar özlərini Qərblə əməliyyat aparmaq, Qərb ilə-Avropadan, ABŞ-dan- idxal etmək imkanından məhrum edərlər, istehsal potensialını və innovativ potensialını əhəmiyyətli dərəcədə azaldarlar" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə