Qaxda 11 gün öncə itkin düşən şəxsin meyiti tapılıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, rayonun Qaxbaş kənd sakini, 57 yaşlı Abdulla Abdullayevin meyiti bu gün səhər saatlarında kənd ərazisindəki su kanalından aşkarlanıb və oradan çıxarılaraq təcili tibbi yardım maşını ilə Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qax rayon şöbəsinə aparılıb.
Qeyd edək ki, Abdulla Abdullayev yanvarın 24-ü axşam saatlarında yaşadığı ünvandan mağazaya getmək adı ilə çıxaraq bir daha geri qayıtmamışdı.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB