Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş rayon sakini Tariyel Tağıyev saxlanılıb.
SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə,onun üzərinə və yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin qanunsuz olaraq odlu silah əldə edib saxlaması da məlum olub. Polis əməkdaşları fərdi yaşayış evindən 1 ədəd istifadəyə yararlı “makarov” tipli tapança, həmin tapançaya aid 2 ədəd 9 mm-lik patron və bir ədəd sandıqca aşkar ediblər.
Saxlanılan şəxs maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB