Avtoxuliqanlıq edən qazi saxlanıldı - VİDEO

Avtoxuliqanlıq edən qazi saxlanıldı - VİDEO

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən sürücünü saxlayıblar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi “VAZ” markalı avtomobil ilə yollarda intizamsızlıq edərək, ictimai-asayişi nümayişkaranə şəkildə pozub və vətəndaşların haqlı narazılığına səbəb olub.

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub. Bundan başqa şöbə əməkdaşlarının keçirdikləri tədbirlərlə avtomobillərinə konstruksiya dəyişikliyi edən sürücülər də aşkar olunaraq barələrində qanunamüvafiq tədbirlər görülüb.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə