Şirvanda avtomobil qəzası zamanı bir nəfər ölüb

Şirvanda avtomobil qəzası zamanı bir nəfər ölüb

Şirvanda yol-nəqliyyat hadisəsi zamanı 3 nəfər xəsarət alıb, bir nəfər ölüb

SİA-nın məlumatına görə, hadisə saat 23 radələrində şəhərin H.Əliyev prospektində baş verib.

Sürətlə hərəkət olan “Hyundai” markalı avtomobillə “Mercedes” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərdə olan sərnişin və sürücülər - Şirvan rayon sakinləri, 1982-ci il təvəllüdlü Qasımov Əli Firudin oğlu, 1982-ci il təvəllüdlü Abasov Əjdər Abas oğıu, 1990-cı il təvəllüdlü Əmirov Nurlan Ayət oğlu və 1994-cü il təvəllüdlü Məmmədov Yusif Zöhrab oğlu müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Əjdər Abasov aldığı xəsarətlərdən dünyasının dəyişib. Qeyd edək ki, ölən şəxs “Rabitəbank”-ın Şirvan filialının əməkdaşı olub.

Qəza zamanı yol kənarındakı şam ağacı kökündən çıxıb. Şəhər təsərrüfatına ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

***

23.46

Şirvanda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

SİA-nın məlumatına görə, hadisə saat 23 radələrində şəhərin H.Əliyev prospektində baş verib.

“Hyundai” markalı avtomobillə “Mercedes” markalı avtomobil toqquşub. Nəticədə avtomobillərdə olan sərnişin və sürücülər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə