Qubada oğru “iş başında” saxlanıldı - VİDEO

Qubada oğru “iş başında” saxlanıldı - VİDEO

Baş Mühafizə İdarəsinin Quba Regional Mühafizə Şöbəsinin əməkdaşları rayon ərazisində oğurluq hadisələri törətməkdə şübhəli bilinən şəxsi cinayət başında yaxalayıblar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, mühafizə şöbəsinin polis əməkdaşları axşam saatlarında xidmətdə olarkən bir nəfərin sərxoş vəziyyətdə “Əczaxana” və “Məktəbli ləvazimatları” mağazalarının şüşələrini qıraraq oğurluğa cəhd etdiyini görüblər.

Dərhal Xaçmaz rayon sakini Süleyman Nəsrullayevi saxlayaraq Quba Rayon Polis Şöbəsinə gətiriblər. Araşdırmalar zamanı həmin şəxsin bir neçə gün əvvəl də rayon ərazisində oğurluq hadisələri törətdiyi məlum olub.

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə