Bakıda iki nəfəri avtomobil vurub

Bakıda iki nəfəri avtomobil vurub

Bakının Nərimanov və Xəzər rayonlarında yol qəzası zamanı iki nəfər xəsarət alıb.

SİA xəbər verir ki, hadisə Şağan qəsəbəsi və metronun Nəriman Nərimanov stansiyalarının yaxınlığında baş verib. Şağan qəsəbəsində 1997-ci il təvəllüdlü Əşrəfova Aynurə Samiq qızı piyada keçidindən keçərkən onu minik avtomobili vurub.

Digər anoloji hadisə Nərimanov parkının qarşısında baş verib. 1964-cü il təvəllüdlü Məmmədov Elman Seyfəddin oğlu yolun müəyyən edilməmiş hissəsindən keçərkən onu maşın vurub. Yaralılar xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə