Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
SIA xəbər verir ki, qəza Sabunçu qəsəbəsində baş verib.
1961-ci il təvəllüdlü Abdullayeva Tahirə İbrahim qızı və onun gəlini 1989-cu il təvəllüdlü Abdullayeva Şəfa Canəli qızı marketdən çıxaraq yolun əks istiqamətinə keçərkən onları minik avtomobili vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti orta ağırdır.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB