Tovuz Rayon Polis Şöbəsinə yanvarın 28-nə keçən gecə M.Musayev küçəsində Qazıqulu kənd sakini Q.Böyükkişiyevə məxsus “KamAZ” markalı avtomobildən 1280 manat dəyərində 16 kisə kartofun oğurlanması barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən SİA-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Aşağı Öysüzlü kənd sakini, əvvəllər məhkum olunmuş C.Həsənov müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB