22-ci mərtəbədən yıxılan məktəbli qız sağ qaldı

22-ci mərtəbədən yıxılan məktəbli qız sağ qaldı

Moskvada Zaqoryevskaya küçəsində yerləşən hündürmərtəbəli binada yeniyetmələrin içki məclisində bədbəxt hadisə baş verib.

SİA xəbər verir ki, onlardan bir qrupu eyvanda olarkən səkkizinci sinif şagirdi olan qız içkinin təsiri alrtında müvazinətini itirərək 22-ci mərtəbədən yerə yıxılıb.

Xoşbəxtlikdən 14 yaşlı qız sağ qalıb və hazırda xəstəxanada həkimlərin nəzarəti altındadır.

Ona beyin silkələnməsi, qapalı kəllə-beyin travması, həmçinin qarın nahiyəsinin zədələnməsi kimi çoxsaylı diaqnozlar qoyulub.

İlkin məlumata görə, qızı ölümdən binanın önünə yığılmış qar topası xilas edib.

Bütün xəbərlər Facebook səhifəmizdə