Sumqayıtda mənzildə qadın meyiti tapılıb

Sumqayıtda mənzildə qadın meyiti tapılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Sumqayıtda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat verilib.
FHN-in mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nazirliyin Sumqayıt Regional Mərkəzinin çağırış ünvanına cəlb olunan xilasetmə qüvvələri mənzilin giriş qapısını açıblar.

Mənzildə 1962-ci il təvəllüdlü Hüseynova Həqiqət Sərdar qızının meyiti aşkarlanıb. Meyit aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə