Cəlilabadda ev yanıb

Cəlilabad rayonunun Qarğılı kəndində ev yanıb.

SİA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, ümumi sahəsi 96 m² olan ikimərtəbəli (hər mərtəbəsi 48 m², 2-ci mərtəbəsi taxta və çiy kərpicdən ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Bitişik köməkçi tikili yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə