Cəlilabadda ikimərtəbəli fərdi yaşayış evi əşyaları ilə birgə yanıb
Cəlilabad rayonunun Qarğılı kəndində ümumi sahəsi 96 m² olan ikimərtəbəli (hər mərtəbəsi 48 m², 2-ci mərtəbəsi taxta və çiy kərpicdən ibarət) evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bitişik köməkçi tikili yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB