...12 nəfər xilas edilib
Moskvanın cənubunda hündürmərtəbəli yaşayış binasında baş verən yanğından biri uşaq olmaqla 12 nəfər xilas edilib.
SİA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva üzrə Baş İdarəsi məlumat yayıb.
Hadisə Moskvanın Dorojnaya küçəsi, ev 28, bina 1-də yerləşən 12 mərtəbəli binanın 9-cu mərtəbəsində baş verib. Yanğın 50 kvadratmetr sahəni əhatə edib.
Xilas edilənlər həkim nəzarətinə götürülüb.
Yanğın lokallaşdırılıb və söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB