Hacıqabul sakini artıq doza narkotikdən ölüb

Hacıqabul sakini narkotik vasitənin artıq dozada qəbulundan ölüb.

SIA-nın məlumatına görə, 1986-cı il təvəllüdlü Əliyev Səbuhi Nemət oğlu narkotik vasitəni istehlak miqdarından artıq istifadə zamanı komatoz vəziyyətə düşərək ölüb. Onun meyiti müayinə olunmaq üçün Şirvan morquna yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə