Sabirabadda 34 yaşlı kişi bıçaqlanıb.

SİA-nın məlumatına görə, hadisə Sabirabad rayonunun Qarağac kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Hacıyev İmaməli Qurbanqulu oğlu münaqişə zəminində tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Bədəninin müxtəlif nahiyələrindən 4 bıçaq xəsarəti alan yaralı Şirvan şəhər mərkəzi xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilərək əməliyyata götürülüb.

Faktla bağlı Sabirabad polis şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə