Ana qızını niyə qəfəsə, ayının qarşısına atıb?

Özbəkistan prokurorluğu 3 yaşlı qızını ayının qəfəsinə atan qadına qarşı cinayət işi qaldırıb.

SİA əldə etdiyi məlumata istinadən xəbər verir ki, hadisə Daşkənd zooparkında baş verib.

Zooparka gələn ana uşağını ayının qəfəsinə atıb. Yırtıcı uşağa toxunmasa da, körpə 5 metr yüksəklikdən düşdüyü üçün ciddi xəsarət alıb. Parkın əməkdaşları uşağı qəfəsdən çıxararaq xəstəxanaya yerləşdiriblər. Qadın həbs olunub. Onu 25 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Daşkənd zooparkından verilən məlumata görə Zuzu adlı Qafqaz ayısı uşağı iyləyərək kənara çəkilib. Bundan sonra zoopark əməkdaşları onu qapalı hissəyə salaraq körpəni xəstəxanaya çatdırıblar. Zoopark rəhbərliyi qızın bütün müalicə xərclərini üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə