Tovuzda 62 yaşlı kişinin yanmış meyiti tapılıb - VİDEO

Tovuz şəhərində ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb.

SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yerinə baxış zamanı 62 yaşlı Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. İlkin araşdırmalar zamanı bəlli olub ki, meyiti tapılan şəxs tüfeyli həyat tərzi yaşayıb. Orada gecələyib və isinmək üçün ocaq qalayıb. İçki düşkünü olduğu bildirilən şəxs elə qaladığı ocağ səbəbindən yaranan yanğında dünyasını dəyişib. Otaq Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin Tovuz rayon Şöbəsinin əməkdaşları tərəfindən yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə