Rus qadın 9 aylı qızı ilə birlikdə Meksikada itkin düşüb

Rus qadın 9 aylı qızı ilə birlikdə Meksikada itkin düşüb

Meksikanın Verakruz ştatında Rusiya vətəndaşı 34 yaşlı Tatyana Mineyevanı axtarışa verilib.

SİA xəbər verir ki, bu barədə ştatın İtkin düşmüş şəxslərin axtarışı üzrə komissiya məlumat yayıb.

Bildirilib ki, qadın 9 aylıq qızı ilə birlikdə itkin düşüb.

Tatyana sonuncu dəfə yanvarın 20-də Verakruz şəhərində görünüb. O, yanvarın 25-dən axtarışa verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə