Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər ağır xəsarət alıb.
SIA xəbər verir ki, qəza Ramana qəsəbəsi, Şuşa şəhərciyi ərazisində baş verib.
Belə ki, 1977-ci il təvəllüdlü Hüseynov Azər Məhəmmədəli oğlu və qonşusu, 1980-ci il təvəllüdlü Süleymanov Şəhrud Şahinoğlu yolu keçərkən onları “Mercedes” markalı avtomobil vurub.
Yaralılar ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB