Türkiyənin Van vilayətində 3,7 bal gücündə zəlzələ baş verib.

SİA-nın məlumatına görə, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) xəbər yayıb.

Məlumata əsasən, zəlzələnin ocağı 9,08 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə