Saatlıda telefon mağazası yanıb

Saatlı şəhərində ümumi sahəsi 140 m² olan birmərtəbəli 4 otaqlı telefon satışı mağazasının 1 otağının lambirindən ibarət tavanı 12 m² sahədə yanıb.

SİA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yüksək temperaturdan içəridə olan mallar əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə