Azərbaycanda əməkdar məşqçi koronavirsudan dünyasını dəyişib

Azərbaycanın əməkdar məşqçisi, SSRİ İdman Ustası Mahir Hüseynov bu gün dünyasını dəyişib.

SİA-nın verdiyi məlumata görə, M.Hüseynov bir müddət öncə yerləşdirildiyi tibb müəssisəsində koronavirusdan həyatını itirib.

Məlumat üçün bildirək ki, Mahir Hüseynov Gəncə Boks məktəbini yaradan şəxslərdən biri kimi tanınır.

Allah rəhmət eləsin.

Bütün xəbərlər Facebook səhifəmizdə