Bakının Qaradağ rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib.

SIA xəbər verir ki, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb.1985-ci il təvəllüdlü Əmirov Ceyhun Bayram oğlu tanışı ilə əlbəyaxa dava zamanı bıçaqlanıb.

Yaralı 1 saylı şəhər xəstəxanasına yerləşdirilib. Faktla bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə