Novxanıda baş vermiş yanğın zamanı bir nəfər ölüb

Abşeron rayonu Novxanı kəndində bu gün səhər saatlarında ümumi sahəsi 200 kvadratmetr olan ikimərtəbəli evin ikinci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü 80 kvadratmetr sahədə yanıb. Hadisə yerinə gələn Sumqayıt yanğınsöndürənləri yanğını söndürüb.

SİA xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın yerinə baxış zamanı 1 nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...