Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtərdə qanunsuz ov edən şəxs saxlanılıb

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində rayonun Soyulan kəndi ərazisində qanunsuz ov edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan SİA-ya verilən məlumata görə, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə qanunsuz ov edən rayon sakini Savalan Məmmədov saxlanılıb. Həmin şəxsdən ov tüfəngi, patronlar və ovladığı çöl heyvanı aşkar edilib.

Faktla bağlı Tərtər RPŞ-də araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə