Gəncədə ana və iki övladı dəm qazından zəhərlənib

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.

SİA-nın məlumatına görə, hadisə şəhərin Fərhad Əliyev küçəsində baş verib.

1992-ci il təvəllüdlü G.Əliyeva və iki övladı – 2015-ci il təvəllüdlü S.Əlizadə, 2018-ci il təvəllüdlü S.Əlizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.

Dərhal hər üç xəstəyə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin kafi olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə