Ata və qızı dəm qazından zəhərlənib

Gəncə şəhərində dəm qazından zəhərlənmə hadisəsi olub. SİA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində yerləşən mənzillərin birində qeydə alınıb.

Orada yaşayan 1989-cu il təvəllüdlü Atamov Ruslan Rəşid oğlu və onun qızı, 2018-ci il təvəllüdlü Atamova Fatimə Ruslan qızı dəm qazından zəhərlənib.

Onlardan körpə xəstəxanaya yerləşdirilib, R.Atamov isə dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...