Bakıda vaqon yanıb

Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 20 m² olan vaqonun (işçilərin soyunub-geyinməsi üçün istifadə olunur) yanar konstruksiyaları yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə