Biləsuvarda gənc qadın dəm qazından boğularaq ölüb

Biləsuvarda 19 yaşlı qadın dəm qazından boğularaq ölüb

SİA-nın verdiyi məlumata görə, bədbəxt hadisə rayonun Səmədabad kəndində qeydə alınıb.
Saatlı rayon sakini, 2003-cü il təvəllüdlü Rəmsudə Əliyeva qonaq gəldiyi atası evində dəm qazından boğulub. Mərhumun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə