Reperlər silahla marketi qarət ediblər

Belçikanın paytaxtı Brüsseldə 3 reper yeni mahnılarına klip çəkdirmək üçün əsl silahla supermarketi soymağa cəhd ediblər. SİA xarici mətbuata istinadən xəbər verir ki, müştəriləri hədələyib işçini girov saxlayan reperlər polis tərəfindən tutularaq saxlanılıb. Marketdən heç nə almayan reperlər daha sonra avtomobillə hadisə yerindən qaçıblar.

Polisə edilən şikayətdən sonra 3 reper yaxalanaraq saxlanılıb. Hadisə zamanı market sahibinin məzuniyyətdə olduğu və müğənnilərə işçinin köməklik etdiyi müəyyən edilib. Avtomatın boş olduğunu bildirən reperlər dindirildikdən sonra çəkdikləri səs yazılarından istifadə etmək şərti ilə sərbəst buraxılıblar.

Müəllif: Rüqəyya Orucova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...