İki nəfər birlikdə 48 milyon avro uddu LOTEREYADA

Litva sakini “Eurojackpot” lotereyasında 24 milyon avro udub ki, bu da Baltikyanı ölkələr üçün rekord məbləğdir. SİA xəbər verir ki, bu barədə lrytas.lt portalı məlumat yayıb.

"Əsas mükafat 48 milyon avrodan çox olub, onu Almaniya və Litvadan olan qaliblər yarıya bölüblər. Uduşun hər biri üçün dəqiq məbləği 24 000 400,10 avro olub. Lotereyanın təşkilatçılarından birinin baş direktor müavini Donatas Kazlauskas təsdiq edib ki, bu, təkcə Litvada deyil, bütün Baltikyanı ölkələrdə ən böyük qələbədir”, deyə məlumatda bildirilir.

Nəşrin məlumatına görə, uğurlu bilet yanvarın 20-də Vilnüs Maxima mağazasından alınıb. Bundan əvvəl, 2021-ci ilin yayında Vilnüs sakini mineral su üçün mağazaya getdiyi və eyni zamanda lotereya bileti aldığı zaman Litvada rekord uduş 13 milyon avro olub.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...