Nərimanov rayonunda yaşayış binasında yanğın baş verib

Yanvarın 22-də günorta saatlarında paytaxtın Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində ümumi sahəsi 131 kvadratmetr olan üçotaqlı mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, hadisə nəticəsində mənzilin eyvanı, kondisioner və kombi avadanlığı yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...