Qaxda cüyür ovlayan şəxs saxlanılıb FOTO

Qax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qanunsuz ov edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan SİA-ya verilən məlumata görə, İlisu kəndi ərazisində xidmət aparan polis əməkdaşları meşə istiqamətindən gələn “Niva” markalı avtomobili nəzarət qaydasında saxlayıblar.

Yevlax rayon sakini Seymur Abdullayevin idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilərkən qanunla ovlanması qadağan edilmiş bir baş cüyür heyvanının kəlləsi və ayaqları, ov əti, eləcə də “İJ” markalı tüfəng aşkar edilib.

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...