Üzərinə qaynar su tökülən körpənin vəziyyəti ağırdır

Tovuzda 9 aylıq uşağın üstünə qaynar su tökülüb.

SİA-nın məlumatına görə hadisə rayonun Dönük Qırıqlı kəndində qeydə alınıb.

2021-ci il təvəllüdlü Mehdiyev Adəm Ruhin oğlu 3 dərəcəli ağır yanıq xəsarəti ilə Tovuz rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Körpəyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır olduğundan Bakıda şəhər 5 saylı xəstəxanasına aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...