Mərasimdə 29 nəfər ölüb İZDİHAM ZAMANI

Liberiyada dini mərasimdə yaranan izdihamda azı 29 nəfər ölüb. SİA xəbər verir ki, bu barədə Frans Press polisə istinadən məlumat yayıb.

Polisin sözçüsü Moses Karter xəbər agentliyinə "29 nəfərin öldüyündən ehtiyat edirik", deyib.

Bununla belə, o, “onların ölümünün təsdiqləndiyini” və gələcəkdə ölənlərin sayının “arta biləcəyini” də izah edib.

Front Page Africa-nın məlumatına görə, izdiham ölkənin paytaxtı Monroviya şəhərətrafı qəsəbələrində dini yığıncaqda baş verib. Nəşrin məlumatına əsasən, əzilmə səbəbindən ölənlər arasında 17 qadın, 14 kişi olub və bu da polis tərəfindən təsdiqlənəndən məlumatda qeyd olunan rəqəmdən çoxdur.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...