Həmkəndlisinin avtomobilini qaçıran şəxs saxlanılıb

Tovuz Rayon Polis Şöbəsinə yanvarın 19-da şəhər ərazisindən Aşağı Öysüzlü kənd sakini İ.Yusifə məxsus “VAZ-21013” markalı avtomobilin qaçırılması barədə məlumat verilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya bildiriblər ki, nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən kənd sakini A.Rüstəmov polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hadisə ilə əlaqədar Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə