Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 265 m² olan bir dam altında tikilən birmərtəbəli obyektin (restoran və anbar) yanar konstruksiyaları 220 m² sahədə yanıb.
SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, tikilinin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB