Bakının Binəqədi rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

SİA xəbər verir ki, qəza Biləcəri qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Lətifov Namiq Bəhlul oğlu yolun piyada üçün müəyyən edilməmiş hissəaindən keçərkən onu minik avtomobili vurub.

Yaralı ağır vəziyyətdə 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə