İspaniyada qocalar evində 5 nəfər ölüb YANĞIN SƏBƏBİNDƏN

İspaniyanın cənub-şərqindəki Valensiya muxtariyyətindəki qocalar evində baş verən yanğın səbəbindən beş nəfər ölüb, ən azı on bir nəfər xəstəxanaya yerləşdirilib. SİA xəbər verir ki, bu barədə yerli təcili yardım xidməti Twitter-də məlumat yayıb.

Qeyd olunur ki, yanğın çərşənbə axşamı axşam saatlarında Monkada bələdiyyəsində yerləşən qocalar evində baş verib. Binadan 70 nəfər təxliyə edilib.

Məlumat verildiyi kimi, çərşənbə günü yerli vaxtla saat 01.20-də yanğın lokallaşdırılıb.

"5 nəfər dünyasını dəyişib. 3 nəfər ağır dərəcəli, 8 nəfər isə yüngül dərəcəli xəsarətlə xəstəxanaya yerləşdirilib", deyə xidmətin yaydığı məlumatda bildirilir.

Yerli yanğınsöndürmə idarəsi 25 nəfərin xilas edildiyini qeyd edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə