Binəqədi sakini mənzilində ölü aşkarlanıb

Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1958-ci il təvəllüdlü Yusifov Əflatun Ömər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə