Bakıda gənc oğlan küçədə bıçaqlanıb

Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.

SIA xəbər verir ki, hadisə Gəncə prospektində baş verib.

1995-ci il təvəllüdlü Umarov Amil Füzuli oğlu küçədə tanımadığı şəxslə əlbəyaxa dava edib. Dava zamanı A.Umarov hər iki ayağından bıçaqlanıb.
Yaralı Respublika Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...