Qazaxda minik maşını ağaca çırpılıb, sürücü xəsarət alıb

Qazaxda yol-nəqliyyat hadisəsi baş verib.

SİA-nın məlumatına görə, hadisə rayonun Daşsalahlı kəndində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes" markalı avtomobilin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Qəza zamanı sürücü, 1997-ci il təvəllüdlü Ş.Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə