Bir nəfər yoldan keçən dörd nəfəri yaralayıb

Polşada gənc oğlan ətrafdakı dörd nəfərə xəsarət yetirib. SİA xəbər verir ki, bu barədə “RMF FM” radiostansiyası məlumat yayıb.

"Torunda polis əməkdaşları şəhərin küçələri ilə gedərkən təsadüfən rastlaşan insanlara bıçaqla vuran gənci elektroşokerlə zərərsizləşdiriblər", deyə məlumatda bildirilir.

Qeyd olunur ki, saxlanılan şəxs, 21 yaşlı Luka L. narkotikin təsiri altında olduğu iddia edilir.

Öz növbəsində, saxlanılan şəxsin ailəsi onun narkotik təsiri altında evdən çıxdığını polisə bildirib. Bundan əvvəl o anası ilə qalmaqal yaşayıbmış. Polis həmin şəxsi şəhər mərkəzinə yaxın ərazidə həbs edib.

Xatırladaq ki, əbs olunan şəxsin əlindən 4 nəfər yaralanıb. Həkimlərin sözlərinə görə, onlardan biri qolundan yaralanıb, ona artıq tibbi yardım göstərilib. Barmağından zədə alan ikinci isə hazırda əməliyyatı gözləyir. Daha iki nəfər kəllə-beyin travması alıb, onlar artıq evə göndəriliblər. Onların həyatı təhlükədə deyil.
Hücum edən şəxs təcridxanaya aparılıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...